Rumıniyanın “Universitatya” klubu futbolçusu Sezar Meza Kolli ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Meza Kolli 2018-ci ilin avqustundan “Universitatya”da çıxış edirdi. 28 yaşlı futbolçu son mövsümü icarə əsasında “Keşlə”də keçirib.
AFFA daha əvvəl “Zirə” və “Keşlə” komandalarında forma geyinən Sezarı milliləşdirmək istəyir.