Gürcüstan höküməti ölkə çempionatı oyunları zamanı tamaşaçıların stadionlara daxil olmasına icazə verib.

Offsideplus.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili məlumat verib.

Millət vəkili stadiona gələn tamaşaçıların maska taxmalı və məsafə saxlamalı olduqlarını da bəyan edib.