Millimizin və "Keşlə" klubunun sabiq futbolçusu Əfran İsmayılov karyerasını Gürcüstanda davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə 32 yaşlı futbolçunun özü "Milli Dəstə"nin "Facebook" səhifəsinə müsahibəsində açıqlama verib.

İsmayılov, hazırda təklif üzərində düşündüyünü söyləyib. İsmayılov gedəcəyi məkanda ermənilərin də yaşamasının mümkünlüyünə diqqət çəkib. Təcrübəli futbolçu qərar verərkən, bu amili də nəzərə alacağını bildirib.

Qeyd edək ki, Əfran İsmayılovun "Keşlə" ilə başa çatan müqaviləsi uzadılmayıb.