Ukrayna Premyer Liqasında 28-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti oyununa çıxıb.

Komanda səfərdə “Kolos”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.