Ukrayna çempionatında 25-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Zirka” ilə qarşılaşıb.

Görüş qolsuz bərabərliklə tamamlanıb. Paşayev zədə səbəbindən oyunda iştirak etməyib.

Qeyd edək ki, "Aleksandriya"  26 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 2-ci pillədə qərarlaşıb.