Bu gün futbol üzrə İspaniya Sequndasında bir sıra görüşlər keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Albasete" "Rayo Vallekano" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna start heyətdə meydana çıxan Eddi İsrafilov 45-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Albasete" 35 xalla 18-ci pillədə qərarlaşıb.