Macarıstan çempionatında azarkeşlər oyunları stadiondan izləyə biləcəklər.

Offsideplus.az xəbər verir ki, tamaşaçılar müəyyən olunmuş qaydalara əməl etmək şərtilə tribunalara buraxılacaqlar.

Belə ki, hər oturacağın arasında üç boş yer saxlanılmalı, həmçinin azarkeşlərin arxasında və önündə heç kəs oturmamalıdır. Azarkeşlərin oyunlar zamanı tribunlarda əyləşməsinə klublar ciddi nəzarət etməlidir.

Əks halda onlar cərimə oluna bilərlər.