Ukraynada iki aylıq fasilədən sonra bu gün yenidən futbol görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, günə üç yoxlama oyunu nəzərdə tutulub.Onlardan ikisi artıq yekunlaşıb.

“Dinamo” (Kiyev) - “Rux” görüşündə hesab açılmayıb - 0:0.

Yığmamızın üzvü Pavel Paşayevin çıxış etdiyi "Oleksandriya” “Vorskla” ilə qarşılaşıb və 4:2 hesabı ilə qalib gəlib. P.Paşayev həmin matçda iştirak edib.