Kamerun Futbol Federasiyası COVİD-19 epidemiyasına görə ölkə çempionatında mövsümün erkən yekunlaşdırıldığını elan edib.
Offsideplus.az xəbər verir ki, ölkə çempionatında 28 turda 47 xal toplayaraq, lider olan “Bamenda” klubu çempion elan olunub. Komanda, yeni mövsümdə Afrika Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, Kamerunda ölkə çempionatı martın 17-də koronavirusa görə dayandırılmışdı.