Ukraynanın "Vorskla" klubunun baş məşqçisi Yuri Maksimov komandası ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin meneceri Maksim Karaqodin məlumat verib. 51 yaşlı mütəxəssisin yeni sözləşməsi bir illikdir. 

 Qeyd edək ki, ötən ilin noyabrında “Vorskla”ya baş məşqçi təyin olunan ukraynalı mütəxəssis 2017-2018 mövsümündə “Keşlə”ni çalışdırıb. O, paytaxt klubuna Azərbaycan kubokunu qazandırıb.