Belçikanın “Standard” klubu maliyyə krizisi yaşayır.
Offsideplus.az xəbər verir ki, komanda mayın 5-nə qədər yerli federasiyanın tələblərini qarşılaya bilməzsə, elitadan qovulacaq.
“Standard”ın keçmiş futbolçuları Maruan Fellaini və Aksel Vitsel yetirmələri olduğu kluba yardım ediblər. Belə ki, Fellaini dünən 3 milyon, Vitsel isə bu gün 1,5 milyon avro klub rəhbərliyinə borc verib.