"Beşiktaş"ın sabiq qapıçısı qərarı ilə azarkeşlərin diqqətini çəkib.

Offsideplus.az xəbər verir ki, karyerası boyunca "Liverpul", "Beşiktaş", "Nyukasl", "Yunion" (Berlin) kimi klublarda çıxış etmiş  Luis Karius futbolla vidalaşmağı düşünür. Bu barədə almaniyalı qolkiper "Sky Sports"a danışarkən bildirib:

"Yaxşı qapıçı olmaq üçün gərəkən hər şeyə sahibəm. Hələ ki, heç bir komanda ilə müqavilə imzalamadım. Doğru təklif gəlsə, futbola davam etmək istəyirəm. Ancaq yaxşı təklif almadığım təqdirdə sadəcə futbol oynamaq üçün qəbul etmək istəmirəm".