Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" komandası koronavirusla mübarizədə yerli xəstəxanalara dəstək olub.

Offsideplus.az xəbər verir ki, "Aqrovista" şirkətinin də maliyyə yardımı ilə klinikalar üçün 1 200 litr tibbi spirt, 10 min maska, 7 min əlcək, 100 ədəd xüsusi qoruyucu geyim dəsti və 500 repsirator alınıb.

Həmin vasitələrin bir qismi artıq Priutovski kənd şurasına təhvil verilib.