COVİD-19 epidemiyası ilə əlaqədar dayandırılmış ABŞ və Kanada klublarının birgə mübarizə apardığı MLS-in oyunları may ayında da bərpa edilməyəcək.

Offsideplus.az xəbər verir ki, daha öncə oyunların mayın 10-na qədər təxirə salındığı açıqlanmışdı.

Turnirin rəsmi saytının yaydığı məlumata görə, yaranmış vəziyyətdə oyunların may ayında da bərpası mümkün görünmür. Bu səbəbdən də turnirin oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.