"Lokomotiv" (Moskva) koronavirus pandemiyası səbəbindən futbolçuların maaşlarını 40 faiz azaltmaq istəyir.
Offsideplus.az xəbər verir ki, bir sıra oyunçular buna kəskin etiraz ediblər.
"Dəmiryolçular"ın üzvü Cefferson Farfan rəhbərliyin bu addımı ilə razılaşmayıb. Ölkəsinin mətbuatına açıqlama futbolçu klubun onu aldatmaq istədiyini qeyri-adi tərzdə ifadə edib:
"Puluma toxunmayın da, istədiyinizi edin! Mənə rus dilində nəsə yazılmış kağız göndərdilər. Heç bir şey anlamadım və vərəqin cırdım. Klubdakılar rəsmən məni zorlamaq istədilər!"