Slovakiyanın "Nitra" klubunu çalışdıran Anatoli Demyanenko istefa verib.

Offsideplus.az xəbər verir ki, 60 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. İstefanın səbəbi haqda məlumat verilməyib.

Qeyd edək ki, "Nitra"nın ukraynalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 4 oyunda 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyəti var idi.