Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldinyo Qauço Paraqvay həbsxanasını tərk edib.

Offsideplus.az xəbər verir ki, futbolçu həbs cəzasından azad edilib və hazırda Asunsyon mehmanxanasında ev dustaqlığındadır. Beləliklə, sabiq futbolçu həbsxanada 1 ay keçirib.

Xatırladaq ki, Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə həbs olunmuşdular.