Serbiyalı məşqçi Radomir Antiç vəfat edib.

Offsideplus.az xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

Futbolçu kimi Yuqoslaviyada milli komanda, həmçinin “Sloboda”“Partizan”da çıxış etmiş Antiç Türkiyədə “Fənərbağça”, İspaniyada “Saraqosa”, İngiltərədə “Luton” klubunda legioner həyatı yaşayıb.

2008-10-cu illərdə məşqçi kimi Serbiya yığmasını çalışdıran Antiçin son iş yeri 2012-13-cü illərdə işlədiyi Çinin “Şandun Lunen” klubu olub.