UEFA bir klubun cəzasını ləğv edib.
Offsideplus.az xəbər verir ki, Qazaxıstan təmsilçisi "Ordabası" avrokuboklarda iştirak edə biləcək.
UEFA Şimkent klubuna qarşı tətbiq etdiyi cəzanı ləğv edib. Qitənin ali futbol qurumu sözügedən komanda qarşıdakı iki mövsümdə avrokuboklarda oynamasına qadağa qoymuşdu. UEFA bu qərarın üstündən xətt çəkib.
Qeyd edək ki, "Ordabası" 2019-cu ilin dekabrında müəyyən olunmuş maliyyə meyarlarını yerinə yetirdiyi üçün cəzalandırılmışdı.