UEFA prezidenti Aleksander Çeferin Avropa ölkələrinin çempionatlarında koronavirusla bağlı yayılan şayiələrə son qoydu.
Offsideplus.az xəbər verir ki, Avropanın ali futbol qurumunun rəhbəri mövsüm başa çatmadan heç bir komandanın çempion elan edilməyəcəyini bəyan edib:
“Bu məlumatlardan xəbərdaram. Hamısı yalandır. UEFA hansısa komandanın indidən çempion elan edilməsini təklif etməyib. Hər hansı federasiyaya belə bir tapşırığımız olmayıb. Biz çalışırıq ki, liqalar sona qədər tamamlansın”.
Qeyd edək ki, bir neçə gündür mətbuatda UEFA-nın ölkə liqalarını dayandıracağı və lider olan komandaları vaxtından əvvəl çempion elan edəcəyi yazılırdı.