Braziliyanın "Qremio" klubunun oyunçuları Cənubi Amerikada böyüyən koronavirus qorxusuna görə futbol matçı oynamağa etiraz olaraq meydançaya tibbi maska taxaraq çıxıblar.

Offsideplus.az xəbər verir ki, bazar günü "San Luiz"ə qarşı azarkeşsiz baş tutan oyunda baş məşqçi Renato Portaluppi başda olmaqla, klubun bütün oyunçuları tuneldən ağızlarında maska ilə çıxıblar. Matç başlayarkən meydanda olan futbolçular maskalarını çıxarıblar.

"Qremio"nun idman direktoru Paulo Luiz insan həyatının futboldan daha üstün olduğunu bildirib: "Oyunçuların bu etirazı çempionatın dayandırılmasını dəstəkləməyimizi şərtləndirir. İnsan həyatı üstün tutulmalıdır".

"Qremio"nun 3-2 hesablı qələbəsi ilə yekunlaşan oyundan sonra baş məşqçi Portaluppi etirazını gizlətməyib: "Bütün dünyada futbol oyunları dayandırılıb - Braziliya futbolu niyə dayanmamalıdır? Bu bizim mesajımızdır və ümid edirəm ki, dinləyərlər".  

Qeyd edək ki, digər klublar da çempionatın dayandırılması fikrini dəstəkləyirlər.

{gallery preview_height=400}2020-03-16/maska{/gallery}