Argentinanın "Ximnasiya və Esqrima" klubunun baş məşqçisi Dieqo Armando Maradona komandadan xaric edilib.

Offsideplus.az xəbər verir ki, 60 yaşlı mütəxəssis koronavirus şübhəsi ilə kollektivdən kənarlaşdırılıb.

Klubunun tibb işləri üzrə rəhbəri Flavio Tunessi qabaqlayıcı tədbir məqsədi ilə bu addımı atdıqlarını bildirib.

Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında "Ximnasiya və Esqrima"ya baş məşqçi təyin edilib.