Azərbaycanda şans oyunları və mərc bazarında fəaliyyət göstərmək üçün yeni şirkət yaradılıb.

Ofssideplus.az-ın əldə etdiyi məlumata görə, "Bakufintech" şirkəti bu sektorda fəaliyyət göstərmək üçün müvafiq lizensiya alıb. Şirkətin tezlijkə geniş fəaliyyətə başlayacağı gözlənlir. Yeni qanuni mərc operatoru olan şirkət Azərbaycan Respublikası ərazisində mərc həvəskarları üçün "probet.az" saytını təqdim edəcək.

Qeyd edək ki, hazırda Azərbaycan ərazisində idman yarışlarına mərc qəbul edən və ölkə qanunverciliyi əsasında fəaliyyət göstərən yeganə şirkət "Topaz" idi. Naxçıvan Muxtar Respublikası ərazisində isə bu fəaliyyətlə "Arazbet" şirkəti məşğul olurdu.