Ukrayna Premyer Liqasında 21-ci turun oyunlarına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, yığmamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə "Karpatı" ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.
Futbolçumuz sözügedən görüşdə iştirak etməyib.
Qeyd edək ki, "Aleksandriya" hazırda 37 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.