Yığma komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, komanda 27-ci turda öz meydanında “Ponferradina” ilə qarşılaşıb. Oyunda heç-heçə qeydə alınıb - 1:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 53-cü dəqiqədə əvəzlənib. 44-cü dəqiqədə isə millimizin üzvü sarı vərəqə ilə cəzalanıb.