Çində məlum məsələ ilə bağlı bütün idman yarışları dayandırılıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb koronavirusun yayılmasıdır. Ölkədə aprel ayınadək heç bir yarışın keçirilməyəcəyi bildirilib.
Qeyd edək ki, koronavirus kəskin infeksiyalıdır. Ötən ilin dekabrından yayılan virusa 6 min nəfər yoluxub və onların 132-si dünyasını dəyişib.