Həftəsonu Ukrayna Premyer Liqasının 18-ci turu çərçivəsində keçiriləcək görüşləri 16 futbolçu buraxacaq.
Offsdeplus.az xəbər verir ki, cəzalı duruma düşənlərdən biri də Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevdir. Cinah oyunçusu ötən turda “Vorskla” ilə (3:0) qarşılaşmada sarı vərəqə alaraq, cəzalı duruma düşüb. Beləliklə, Paşayev dekabrın 15-də “Dnepr-1″lə səfər oyununu buraxmalı olacaq.
Qeyd edək ki, “Aleksandriya” hazırda 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.