Ukrayna kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.
Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya”nın rəqibi məlum olub.
Paşayevin komandası bu mərhələdə “Zarya” ilə qarşılaşacaq. Donetsk “Şaxtyor”u isə Kiyev “Dinamo”su ilə üz-üzə gələcək.
Ukrayna kuboku
1/8 final mərhələsi
"Kolos" – "Vorskla"
"Minay" – "Lvov"
"Nikolayev" – "Desna"
"Alyans" – "Qornyak-Sport"
"Dinamo" (Kiyev) – "Şaxtyor"
"İnquleç" – "Dnepr-1"
"Mariupol" – "Olimpik"
"Aleksandriya" – "Zarya"