İran çempionatında 5-ci turun görüşləri davam edir. 

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” səfərdə "Saipa" ilə qarşılaşıb. Görüş Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 11-ə çatdıran "Traktor" liderliyə yüksəlib. "Padideh" 10 xalla 2-ci, "Persepolis" 9 xalla 3-cüdür.