Filipe Koutinyonun başına iş gəlib.
Offsideplus.az Qol.az-a istinadən xəbər verir ki, ötən gecə “Barselona”nın yeni transferi Filipe Koutinyonun evi qarət olunub.
Ailəsi ilə birlikdə şəhərə çıxan braziliyalı futbolçu geri qayıdanda evindən oğurluq edildiyini görüb. O, dərhal polisə şikayət edib. Oğrular hələ tapılmayıb.
Qeyd edək ki, Koutinyo qış transfer pəncərəsində 160 milyon avro qarşılığında “Liverpul”dan “Barselona”ya keçib.