"Qarabağ”ın futbolçusu Turan Vəlizadənin "Fənərbağça”ya keçidi ilə bağlı xəbər həqiqəti əks etdirmir.

Offsideplus.az xəbər verir ki, Bu barədə Sportnet.az-a "Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov məlumat verib. O, bildirib ki, Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin üzvü olan Vəlizadə daha əvvəl İstanbul klubunun düşərgəsində yer alıb: "O, artıq il yarımdır "Qarabağ”dadır. Hazırda 18 yaşı tamam olmadığı üçün "Fənərbaxça” ilə müqavilə bağlaya bilməz. Onun bizimlə sözləşməsi olsa da, yenidən Türkiyə klubuna yollanmaq variantı yaranarsa, keçidinə heç bir problem olamayacaq. "Qarabağ” bunun üçün lazımı dəstəyi göstərəcək”.


Qeyd edək ki, Turan Vəlizadənin 18 yaşı gələn il yanvarın 1-də tamam olacaq. Onun "Fənərbağça"ya keçidi ilə bağlı xəbəri Türkiyənin "Fotomaç" nəşri yazıb.