Ukrayna Premyer Liqasında 25-ci turun görüşləri davam edir. 

Offsideplus.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” "Mariupol"u qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

P. Paşayev start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, “Aleksandriya” hazırda çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 47 xalla 3-cü pillədə qərarlaşıb.