İran çempionatında 26-cı turun oyunlarına yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” doğma meydanda "Paykan"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Bu, Təbriz klubunun ardıcıl 2-ci məğlubiyyəti olub. Bundan əvvəlki tur komanda "Sepidrud"a 1:3 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, "Traktor Sazi" 49 xalla 4-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 55 xalla "Persepolis" başçılıq edir. "İstiqlal" və "Sepahan" 50 xalla 2-3-cü pillələri bölüşdürür.