Ermənistanın "Ararat" klubunun qapıçısı Muşeq Qevondyan öldürülüb.
Offsideplus.az xəbər verir ki, hadisə paytaxt İrəvanda baş verib. Atışma zamanı ağır yaralanan 23 yaşlı oyunçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Qevondyan "Ararat"ın ikinci komandasında çıxış edirdi.