Bu gün Ukrayna Premyer Liqasında XXIII tura start veriləcək.

Offsideplus.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" ilk "altılıq"da lider "Şaxtyor"u qəbul edəcək.

Vladimir Şaranın komandası görüşə itkilərlə çıxacaq. Bir müddətdi zədədən əziyyət çəkən və bu üzdən yığmamızın son oyunlarını buraxan Paşayev yenə "Aleksandriya"ya kömək edə bilməyəcək. Onunla yanaşı, Vladislav Kulaç və Vasili Qrişuk da donetsklilərə qarşı oynamayacaq.

Qeyd edək ki, "Aleksandriya" - "Şaxtyor" oyunu Bakı vaxtı ilə 18:00-da start götürəcək.