UEFA 2018-19 mövsümünün indiyəqədərki bombardirlərinin siyahısını açıqlayıb.
Offsideplus.azın məlumatına görə, qurum futbolçuların bütün turnirlərdə vurduğu qolları hesablayıb.
Bura ölkə çempionatı, avrokubok, Millətlər Liqası və AVRO-2020-nin seçmə mərhələ oyunları daxildi. Siyahıya "Barselona"nın kapitanı Lionel Messi liderlik edir. Argentinalı superulduz cari mövsüm hələlik aktivinə 41 qol yazdırıb. Bununla Leo həm də ardıcıl 10 mövsümdü 40 qol həddini keçir. "Barsa"nın lideri bu toplardan 31-ni La Liqada, 8-ni isə Çempionlar Liqasında vurub.
İlk "üçlüy"ü "Nomme Kalyu"nun hücumçusu Liliu ilə PSJ-nin qol "silahı" Kilian Mbappe bölüşür. Cütlük Messidən 9 top geri qalır. Estoniyada mövsüm başa çatdığından, Mbappenin tezliklə Liliunu geridə qoyması qaçılmazdır.
Maraqlıdı ki, ötən mövsüm beynəlxalq arenada hamıdan çox qol vuran (15) "Yuventus"un hücumçusu Kriştianu Ronaldo hələ ki, ümumi siyahıya düşə bilməyib.
2018-19 mövsümünün bombardirləri
1. Lionel Messi ("Barselona") - 41 qol
2-3. Liliu ("Nomme Kalyu")* - 32 qol
2-3. Kilian Mbappe (PSJ) - 32 qol
4-5. Patrik Hoban ("Dundalk")* - 31 qol
4-5. Robert Levandovski ("Bavariya") - 31 qol
6-9. Duşan Tadiç ("Ayaks") - 30 qol
6-9. Liviu Antal ("Jalgiris")* - 30 qol
6-9. Zakaria Beqlarişvili ("Flora")* - 30 qol
6-9. Roman Debelko ("Levadiya")* - 30 qol
10-12. Alli Mbvana Samatta ("Genk") - 29 qol
10-12. Serxio Aquero ("Mançester Siti") - 29 qol
10-12. Alfredo Morelos ("Reyncers") - 29 qol
13-14. Vissam Ben Yedder ("Sevilya") - 28 qol
13-14. Budu Zivzivadze ("Dinamo" Tbilisi)* - 28 qol
Qeyd: * işarəsi ilə göstərilən futbolçuların çıxış etdiyi çempionatda mövsüm başa çatıb. (Matc.az)