Fransanın “Reyms” klubunun gənclərdən ibarət komandasının futbolçusu Məhəmməd Savan vəfat edib. 

Offsideplus.az xəbər verir ki, 15 yaşlı Savanın ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Ölüm hadisəsi Savanın futbol oynadığı zaman baş verib.

Qeyd edək ki, Savan “Reyms”in 15 yaşadək futbolçulardan ibarət komandasının formasını geyinirdi.