“Elə indicə həkimlərlə danışdıq. Böyükağa müəllimin hazırkı durumu haqda bizə məlumat verdilər”.
Offsideplus.az xəbər verir ki Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev hazırda reanimasiyadadı. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssis növbəti həftəyə kimi indiki şəraitdə həkim nəzarətində qalacaq.
Sadıqovun sözlərinə görə, Hacıyev bazar ertəsi palataya köçürüləcək: “Əsas odu ki, əməliyyatı uğurlu keçib. Növbəti həftənin ilk günü onu palataya köçürəcəklər. Məhz həmin tarixdə müalicə prosesinin Mərkəzi Klinik Xəstəxana, yoxsa başqa yerdə davam etdirilməsinə qərar veriləcək. İkinci dəfə ürək əməliyyatına isə ehtiyac yoxdu”.
Məşqçilər Komitəsinin sədri bildirib ki, Hacıyev beynindəki şişlə əlaqədar, hələ Moskvaya aparıla bilməz: “İndiki məqamda əsas məsələ qarşıdakı 2 ay ərzində ürəyin normal fəaliyyətini bərpa etməkdi. Bundan sonra digər problemə diqqət ayrılacaq”.