Dünya futbolunun canlı əfsanəsi Ronaldinyo çətin vəziyyətə düşüb. 

Offsideplus.az xəbər verir ki, məşhur futbolçunun bankda cəmi 6 avro pulu var. O özünü müflis elan edib. Futbolçunun ölkədən çıxışına qadağa qoyulub.
 Pasportu isə məhkəmənin qərarı ilə əlindən alınıb. Bu səbəbdən Ronaldinyo Dubayda təşkil ediləcək tədbirdə iştirak edə bilmir. Xatırladaq ki, Ronaldinyo 2015-ci ildə məhkəmənin qərarı ilə ödəməli olduğu 2 milyon dolları bu günə qədər ödəməyib.