"France Football" nəşri tərəfindən təqdim olunan "Qızıl top" ("Ballon d'Or") mükafatı ötən gün öz sahibini tapdı. Lionel Messi və Kriştiano Ronaldo hegemoniyasına son qoyan "Real"ın xorvat futbolçusu Luka Modriç karyerası ərzində ilk dəfə bu mükafata sahib çıxıb.

 
Luka Modriç ümumilikdə 753 xal toplayıb. İkinci yeri tutan Kriştiano Ronaldo 478, üçüncü pillədəki Antoine Qrizmann 414 xal yığa bilib.
 
Offsideplus.az xəbər verir ki, "Ballon d'Or"a namizəd göstərilən 2 futbolçu xal toplaya bilməyib. Ən az xal yığan namizədləri təqdim edirik.
 
Edinson Kavani (PSJ) - 3 xal
Sadio Mane(Liverpul) - 3 xal
Marselo (Real) - 3 xal
Alisson (Liverpul) - 2 xal
Mario Mandzukiç (Yuventus) - 2 xal
Jan Oblak (Atletiko) - 2 xal
Dieqo Qodin (Atletiko) - 1 xal
İsko (Real) - 0
Hüyo Lloris (Tottenhem) - 0
 
 
Fanat.Az