Futbol üzrə Əlcəzair çempionatında XIII turunda “Əlcəzair”lə “Bel-Abbes” komandası üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, qonaqların oyundan 0:1 hesabı ilə qalib ayrılması ev sahibi azarkeşlər özündən çıxarıb. Fanatlar oturacaqları qopararaq meydana atıblar. İştişaşlar zamanı 18 polis əməkdaşı xəsarət alıb. Həmçinin soyuq silah gəzdirmə, narkotik və psixotrop maddələrin saxlanılması ittihamı ilə 42 azarkeş həbs olunub.
Hadisə nəticəsində 40-dan çox azarkeşin də xəsarət aldığı bildirilir.