İngiltərənin "Arsenal" klubu UEFA Çempionlar Liqasında 2005/2006 mövsümündəki uğurunu təkrarlayıb.

Offsideplus.az "Opta"ya istinadən xəbər verir ki, “Topçular” 20 ildən sonra ilk dəfə turnirdə keçirdiyi ilk 5 matçda qələbə qazanmağı bacarıb.

Ötən gün "Bavariya"nı (Almaniya, 3:1) məğlub edən “Arsenal”  "Atletik"dən (İspaniya, 2:0), "Olimpiakos" (Yunanıstan, 2:0), "Atletiko"dan (İspaniya, 4:0) və "Slaviya" (Çexiya, 3:0) ilə qarşılaşmadan qalib ayrılıb.

Qeyd edək ki, aktivində 15 xalı olan  İngiltərə təmsilçisi UEFA Çempionlar Liqasında turnir cədvəlinə liderlik edir.