UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Benfika"nı məğlub edən (3:2) "Qarabağ" ÇL-də ilk qələbəsini qazanıb. 

Offsideplus.az xəbər verir ki, geridönüşlə qalib gələn Ağdam təmsilçisinin uğuru dünya mətbuatında gündəm olub. Məşhur səhifələrin və media orqanlarının paylaşımlarını təqdim edirik:

Fabritsio Romano: "Qarabağ"dan tarixi geridönüş! Matçın adamı kim oldu?"

"CBS Sports Golazo": "Çempionlar Liqasının liqa/qrup mərhələsində qalib gələn ilk Azərbaycan klubu"

433: "Qarabağ" "Benfika"nı şoka saldı" 

"TNT Sports": "Qarabağ" 2:0-dan geridönüş edərək "Benfika"nı məğlub etdilər və Çempionlar Liqasında ilk qələbələrini qazandılar".

"EuroFoot": "Qarabağ" tarix yazdı! UEFA Çempionlar Liqasında ilk qələbəni qazandılar. 2:0 hesabdan, 2:3 edərək "Benfika"nı məğlub etdilər".