UEFA Çempionlar Liqasının keçid pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" – "Nyukasl" matçından əvvəl təşkil ediləcək media tədbirlərinin proqramı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, mətbuat konfransları və açıq məşq Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq. Əvvəlcə Qurban Qurbanov media önünə çıxacaq.

Bakı vaxtı ilə saat 17:00-da təcrübəli mütəxəssis sualları cavablandırmağa başlayacaq. Yarım saat sonra isə komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi keçiriləcək.

Qonaq komandanın çalışdıcısı Eddi Haunun mətbuat konfransı saat 20:30-da, "Nyukasl"ın açıq məşqi isə 21:00-da start götürəcək. 

Qeyd edək ki, fevralın 18-də eyni arenada baş tutacaq möhtəşəm qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.