"Bayern Münhen" yaxın həftələrdə iki əsas futbolçusu — Serj Qnabri və Konrad Laimerlə müqaviləni uzatmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Qnabrynin yeni müqaviləsinin 2028-ci ilin yayına qədər olacağı gözlənilir və rəsmi açıqlamanın yeni ilin əvvəlində verilməsi planlaşdırılır. Klubun idman direktoru Maks Eberl 2024-cü ilin yayından bəri alman yarımmüdafiəçisinin çıxışından xüsusi təsirlənib və onu komandanın lider fiqurlarından biri hesab edir.
Konrad Laimerlə bağlı isə müqavilənin dəqiq müddəti hələ müəyyənləşməyib, lakin avstriyalı futbolçu üçün 2029-cu ilim yayına qədər olan müqavilə variantı müzakirə olunur. Hər iki futbolçu mövsümün ilk yarısındakı uğurlu çıxışlarına görə mükafatlandırılacaq.
Digər tərəfdən, Leon Qoretska yaxınlaşan transfer pəncərəsi ərəfəsində vasitəçilər vasitəsilə bir neçə kluba təklif edilib. Buna baxmayaraq, hazırkı vəziyyətdə Bayern Münich heyətdən razıdır və 2025/26 mövsümünün sonunadək komandanın əsas heyətinin qorunub saxlanılmasını istəyir. Klub yanvarda Qoretskanı buraxmağa xüsusi maraq göstərmir.
Baş məşqçi Vinsent Kompani də mövsümün ortasında heyətdə geniş dəyişikliklərin əleyhinədir və komandanın hazırkı iş ritminin pozulmasını istəmir.



