"Bayern"in qapıçısı Daniel Perets Münhen klubundakı gələcək karyerası barədə maraqlı fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, yəhudi qapıçı bunları söyləyib:
"Mən daha yaxşı olmaq və idman formasında qalmaq üçün öz üzərimdə çox işləməyə çalışıram. Hazırda, mən icarəyə yollanmaq fikrində deyiləm".
Qeyd Daniel Perets Təl-Əviv "Makkabi"sinin yetirməsidir. O, "Bayern"ə 2023-cü ilin avqust ayında 5 milyon avro qarşılığında keçid edib.