"Dortmund" Borussiyasından ayrılacağı gözlənilən Salih Özcan digər Bundesliqa təmsilçisinə keçə bilər.

Offsideplus.az xəbər verir ki, "Volfsburq" 26 yaşlı futbolçunu icarəyə götürmək istəyir. Bu barədə "Kicker" məlumat yayıb.

Salih Özcanın bu gün tibbi yoxlanışdan keçərək müqavilə imzalayacağı gözlənilir.