“Bayern” Almaniya Kubokunda “Ulm”u 4:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, Tomas Müller matçın 12-ci və 14-cü dəqiqələrində iki qol vuraraq, klub tarixindəki ən sürətli dublunu gerçəkləşdirib.

Bu qarşılaşma yarımmüdafiəçinin “Bayern”dəki karyerasının 708-ci oyunu olub.

Müller bu göstəriciyə çatan ilk oyunçu olub.