"Bayer-04" Florian Virtsin əvəzləyicisini tapıb. 

Offsideplus.az xəbər verir ki, Leverkuzen təmsilçisi gələn mövsüm PSJ-yə məxsus olan Xavi Simonsu heyətə cəlb etməyi planlaşdırır. Niderlandlı yarımmüdafiəçi isə icarə əsasında növbəti mövsümü də "Leyptsiq"də keçirəcək.

Simons daha əvvəl "Bayern" və "Barselona"nın maraq dairəsində idi. Ötən mövsüm o, Bundesliqada 8 dəfə fərqlənib və 11 məhsuldar ötürmə ilə yadda qalıb.