"Bayern" müdafiəçi Conatan Ta üçün “Bayer 04”ə 20 milyon avro dəyərində ilk təklifini edib.

Offsideplus.az xəbər verir ki, Leverkuzen klubu bundan imtina edib. “Bayer” alman futbolçunu 40 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, ötən  mövsüm Xabi Alonsonun rəhbərlik etdiyi leverkuzenlilər Bundesliqanın qalibi olublar.